Cinayət törədəndə bunun nəticəsini də düşünmək lazımdır...

Elə əməlinin sonrasını düşünmədiyindən Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edən şəxs sonradan ələ keşdi. DİN-in Mətbuat Xidməti də məlumat yayıb ki, bu gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Bax belə! Bu da narkotikin gətirdiyi bəla. İndi Fəridin əməlindən necə peşmançılıq çəkəcəyini düşünmək üçün həbsxanada xeyli vaxtı olacaq... Amma hər şey də gec olacaq... 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA