Azərbaycanın xüsusən də Gürcüstanla quru sərhədlərinin nə vaxt açılacağını həsrətlə gözləyənlər var...

Bəs bu nə vaxt baş verə bilər? "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır", - deyə  Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu barədə danışıb. Sitat: "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir...".

Qeyd edək ki, qeyri-rəsmi məlumatlarda Azərbaycanın quru sərhədlərinin Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacağından sonra açılacağı bildirilir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN