Abşeron rayonunda intihar hadisəsi baş verib... 

Hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb. Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.  Faktla bağlı araşdırma aparılır.

***

Xatırladırıq ki, Azərbaycanda 2014-2018-ci illərdə və cari ilin 7 ayında ölkədə 2 min 831 intihar faktı qeydə alınıb. 2014-cü ildə 490, 2015 -ci illərdə 499, 2016-cı ildə 507, 2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə 316 intihar hadisəsi baş verib. 2014-2018-ci illərdəvə cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərin 66,4 faizi (1879) kişilər, 27,7 faizi (785) qadınlar təşkil edir. 2019 və 2020-ci ildə isə bu rəqəm 450 və 507 olub.

MDB ölkələri arasında Rusiyada hər 100 min nəfərə düşən intiharların sayı 31, Belarusiyada 26,2, Qazaxıstanda 22,5, Qırğızıstanda 8,3, Özbəkistanda 7,4, Türmənistanda 6,7, Moldovada 4,7, Tacikistanda 2,5 fakt təşkil edir. Analoji müqayisədə həmin faktların sayı Ukraynada 22,43, Gürcüstanda 8,2 fakt təşkil edir.

İntiharlarının səbəbləri bilinsə də, təəssüflər olsun ki, qarşısını almaq mümkün görünmür. Bu isə, zənnimizcə, daha çox sosial bəladır, insanların psixikasına aiddir. Sintetik qidalar isə dünyaya ayaq açandan intiharların da sayı artıb, indiki dəhşətli səviyyəyə gəlib çatıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN