- İsa!...

- Musa!...

- Tapdın?

- Yox!...

Çox qədim əfsanənin özəyidi bu sözlər. Elə Sumqayıta şəhər statusu verilməsinin 70 illiyində şəhər əhli təntənələrdə bayramfəşanlıq ruhunda ikən mən xəstəxananın ağaclığında xəyala dalıb, İsaq–Musaq qardaşlarının tövrünü yaşayırdım. Guya mənim həkimim diaqnozu bilir, dərmanı it-bata düşüb.

O zamanda bir 70 illiklə qurtarmırdı günün xəbərləri. O sıraya TƏBİB məfhumu da yol almışdı. Yəni, xəstənin haqqı müdafiə edilməli, onun sağlamlığına cavabdeh qurum yaradılmalıdı. Məsrəf aşkar edilməlidir. Lazım gəlsə məsarif sığorta hesabına görə ödənilməlidir. Bir sıra xəstələrin müalicəsi, dərman vasitələrinin alınması sığorta hesabına ödənilməlidi. Hə də, “ölmə eşşəyim, yonca bitər, yeyib kökələrsən!...” Elə bilərdim ki, TƏBİB də bir Şaxta babadı. Çantasını dərmanlarla doldurub gətirəcək. Xəstəliyin baiskarı xəstənin haqqı üzdə olmalı, ehtiyac ödənilməlidi. Sifariş verən və icraçı haqqını bilməlidi. Bunu özündən müştəbehlər deyirdilər.

Elə sığorta göstərişi ilə getmişdim “Badam göz”ə, Günəş həkimə - sinəsində atəş həkimə. Görə-görə gedib kor qayıtdım (inişil - 2021-ci ildə). Əlacım kəsildi. “Qismətim belədir!” - deyib toxtadım. Verdim gözümün işığını.

Təzə TƏBİB-in təzə direktoru təyin edildi. Xəstəxananın şöbə müdiri eşitdiyi zınqırovun küyündəydi. Guya TƏBİB dərmanları səliqə-səhmanla verməli, o da mən xəstəni sağaltmalıdır. Ancaq bu təzə quruma rəhbər təyin edilib, kabinet də hazırdır: “Bəy otağı!”. Dərmanını Masazır şorundanmı, Hökmalı gilabındanmı, lap da olsun Qala suyundanmı düzəldib verələr (kim?). TƏBİB-in doğrudan möcüzə göstərəcəyinə ürəkdən inanmışdım. İnamımı sübut edən o idi ki, Bakının o köhnə “Tarqovı” - keçmiş Tolstoy küçəsinədək getmişdim. Telefonları narahat edənlər də tapılmışdır. “Basaram, keçərəm” aşıb-daşırdı. Nə dərman vardı, nə müalicə. Yenə gəldim Sumqayıta. Bir ötərgi bəy otağına baxdım və cənab Molla Nəsrəddinin cavabına bənzər duyğu-düşüncə. TƏBİB-i budursa, “dava-dərman, sığorta-filan  hardadı?”.

Qınamaq olmazdı. Yeniliyin çətinliyi də olur.

Nə bilim, uzaqdakı səda adamı uçurur. Televiziya ekranlarında nəqafil surətlər görünür. Öyrədənlər öyrədəcəklər bol-bol vədlər verir. Gözdən qalan xəstə tapılmır. Lap elə yuxarıdakı kimi.

- O kövrək rəvayətdə deyildiyi kimi, anaları qana susamışların əlinə keçməsin deyə perik düşmüş İsaqla Musaq istəklərincə gözə görünməz quşa dönürlər. Ulu anaya yetməsə də, uşaqları gözəgörünməz edir, qanad verir, uçurur. Qardaşlar dərələri-təpələri, kaha və bəndərgahları gəzir, haray çəkir, analarını soraqlayırlar və guya indi əsatir qardaşlar analarını yox, mənim üçün yeni tədbirli daha kəsik təsir edən ağrıkəsicilər axtarır.

- İsa (yeva!)

- Musa (yev!)

- Tapdın?

- Yox…

Guya hansısa sovqat nübarındaymış o dərman. Nə Hökmalı gilabı, nə də hər bahar fınxırıb gələn Masazır duzu.

Elə çıxmasın ki, mən Allah eləməmiş, yeni qurumu bəyənmirəm. Yanlışlıqlar var. İnsafən mötəbər adamdır cənab M.Musayev. Xüsusən, koronavirus - pandemiya vaxtı fədakarlıqlar göstərib, öz əməyi ilə seçilib. Yuxarıların gözündə. Xəstələr, möhtaclar da rəğbət bəsləyirlər ona. O ki qaldı şöbə müdirləri Vəfa və Nigara, fəhmli, fərasətli cavan kadrlardı. Qoy inamları sarsılmasın. Elə indən sonra da iş yoldaşlarının və müəssisənin təəssübkeşi olsunlar. Nigar və Vəfa 5-ci mərtəbənin şöbə müdirləri. Hər biri ixtisasını səmərincə bilir, adamları tanıyır. İşçiləri yola verməyin səriştəsini mənimsəyiblər. Düzdür, hərdən bir axşamlar “qadın mərəkəsi” də olur. Ağızdan çıxan qulağa çatmır. Hə də, yanlış da bir naxışdır. Hamını bir intizama cəmləmək bir o qədər də asan deyil. Hər birinin tutacağı. Hər birinin arxası (Maşallah!). “Kor nə istər, iki göz -  biri əyri, biri düz”. Vətən övladlarıdır vətənin mehri-məhəbbəti. Başacan olsun. TƏBİB-ə nə deyirik ki, təki ala inək həmişə yaxşı süd verə. Arada sərnic sına da bilər, dağıla da...

Mən bir ucdan həkimlərin hamısına qəddar demədim. Öz cibinin pulu ilə mənə dərman alanı da olub, əməli məsləhət verəni də. Həkimlər ordusu indiki halda Teymurləngin qoşunundan çox olsa da, çoxlarının yaxşı-yamanını ayırd edə bilsəm də insafən, TƏBİB-in dərman təchizatından narazıyam. 

Yaxın zamanın rəvayətidir... Elə el biliciləri də öz hikmətlərində sağlam düşüncə aramışlar. Rəvayət olunur ki, el biliciləri loğmanın məşvərətindən qayıdanda Danəndəyi Bəhlul qarğı atının yüyənini çəkdi, mötəbər Ömər Xəyyamı və onunla həmsöhbət Molla Nəsrəddini irəli buraxdı. Tatların Kələ Əmləsinə barmaq silkələdi. Onun yazıqlaşmasını gözlədi.

- Kayetsya, sən çox şey bilirsən. İmeyvidu çto sobak ben zubov. (“Qapmırsa, yırtmırsa, “hürər, tutmazdan nə it?!”).

O, səmimiyyət ki var, qəbr evini toyxanaya- mağara çevirər. O, Rəhim Qazıyevin yoğunluğuna cəmi tatlar heyran qaldı.

- O, kişi “Makarov”u diriyib başına, tapança tank kimi guruldayır, “Es” traktor kimi traktid eləyir.

Güllə kişinin parlaq zehnini aça bilmir: “Axı, niyə şəkilidən Prezident olmasın?” - deyir.

Elçibəyə məhəbbətini, inamını müdafiə edir.

Günü bu gün Sumqayıtın sınıq-salxağı müalicə edilən bu xəstəxananın ilkin çağında Əli müəllim oranın sıravi həkimi, şöbə müdiri, baş həkimi olub. Elmi iş yazıb, irəli çəkilib, yenə irəli çəkilib. Nazir vəzifəsində şeytan girib qılığına, doldurub künc-bucağı halal-haram pullar ilə. O həddə gəlib ki, “Rəsul, paşyol!”- deyib.

Kələəmlə “bəçemi, bəçeşim!” deyib, diqqətdə olduğuna işarə etdi. Hər şey naziklikdən sınsa, insan yoğunluqdan sınır.

Danəndəyi Bəhlul razı qalmış kimi;

- Misal göstər, dedi.

Rəhim Qazıyev, Əli İnsanov, Ziya Məmmədov.

- Bunlar bəyəm tatdır?

- Rəhim Qazıyevin tarix müəllimi tat olub. Tarixi sübutlar var. Əli İnsanovun bir qudası tatdır. Ziya Məmmədov gərək ki, Qubada müsabiqədən keçdi. Qubadakı bir görüşdə bir yazar ona kitab bağışladı. Kitabın cildində tat sözünü alar-almaz Ziya müəllim:

- Baraftanüm, barəftəni.

Pişik apardı hüftəni – Qaravəllisi ilə müsabiqədən keçdi. Oldu birinci dərəcəli tat.

Tat Qüdrət

müstəqil yazar

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN