Qarabağın nə qədər müqəddəs və mübahisəli siyasət meydanı olduğunu indi bilməyə başlayırıq...  Belə ki, Rusiya Azərbaycanın 8 noyabr Zəfər bayramı qutlamasından 2 gün sonra- noyabrın 10-da Qarabağda- Azərbaycan torpağında xiyaban salıb və orada 10 rus  tanınmışının - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstünü qoyub.
Bundan başqa, xiyabanda çiynində Kalaşnikov avtomatı olan "müharibə məramlı" rus əsgərinin erməni qızını qucaqlayan heykəli də ucaldılıb. Bəlkə bunun bir anlamı da budur: "Nə qədər ki, Kalaşnikov çiynimizdə, erməni qızı qucağımızdadır, bu torpaqlardayıq!".
***
...Rəsmiyyətin bu barədə mövqeyi olmadığından hələki bir söz deyə bilmirik. Amma sosial şəbəkələrdə Azərbaycanın, hətta tanınmışları belə məsələyə sərt münasibət sərgiləməkdədir: "...Ey, işğalçı, qəsbkar Putun, tanınmışlarının büstünü də götürüb rədd ol mənim ölkəmdən! Sənə qulluq edənləri də özünlə apara bilərsən, onlar bizə gərək deyil!"
Məsələ ondadır ki, bu gün Xocalıda Pravoslav kilsəsinin açılışı da olub. Belə düşünmək olarmı ki, yaxınlarda Xocalı aeroportu da erməni-rus birləşmələrinin istifadəsi üçün açılacaq? Deyə bilmərik... Amma bilirik ki, həm Azərbaycan ordusu, həm də Türkiyənin Qarabağdakı nəzarətçi kontingenti hər şeyə nəzarət edir... Ola bilər Rusiya bununla da son günlər atılıb-düşən erməniləri müəyyən mənada sakitləşdirib bəzi mətləbləri başa salmaq üçün bu addımı atıb. Hər halda, Xocalıdakı xiyabanda rus klassiklərinin və tanınmışlarının büstü qoyulub, erməni nadanların yox.
Bütün hallarda, səbrli davranmaq lazımdır, rəsmiyyətin mövqeyi gərəkdir...
A.Məmmədli  
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN