...Tarixə həkk olunan 44 günlük müharibə Şəhidlərimizin mövludu və sentyabrın 27-sindən sonra isə Şəhid olan igidlərimizin ailələrində olmaqla,

Şəhid Milli Qəhrəman ailələrinə, analarına mənəvi dəstək olmağı özünə borc bilən İNK-nın Abşeron rayonu üzrə sədri ilə bir qrup Şəhid anası Bakının rayonlarında və respublikamızın müxtəlif rayonlarında olmuşlar. Belə ki, Sumqayıt, Beyləqan, Biləsuvar, Imişli, Qəbələ, Şirvan, Lənkəran, Şabran, Xaçmaz, Quba, Kürdəmir və digər rayonlarda Bakının Binə, Ramana, Zabrat, Suraxanı, Binəqədi, Bakıxanov, Sabunçu, Masazır, Məmmədli və başqa qəsəbə və kəndlərində Şəhidlərimizdən general Polad Həşimovun, İlqar Mirzəyevin, Milli Qəhrəmanlarımızdan- Eldar Xəlilovun, Samir Xasıyevin, Mübariz İbrahimovun, qərargah rəisi kapitan Əsəd Həsənovun xatirələri yad edildi. Eləcə də Bakı Dövlət Universitetinin fəxri tələbələri- Əsəd Əsədli və Nicat Əhmədovun, Cavid Cabbarzadə, Murad, Cəmil, Qoşqar Üzeyirov, Fizuli Salahov, tağım komandiri leytenant Ruslan Məmmədov, Vüsal Allahverdiyev, ilk Şəhid həkim Turqut Xəlilbəyli, gizir Elmar Nəsirov, Tural Rəhimli, taborun qərargah rəisi, baş leytenant Həsənağa Abdullazadə, Xəqani Əsgərov, Rüfət, Ülvi, Iman və Bəhram qardaşları və digər ləyaqətli vətənpərvər şəhid balalarımızın anım və mövludu günlərində analara mənəvi dəstək olaraq onların kədərinə şərik çıxdıq.

 Maraqlı və təəccüblüdür ki, bütün analardan eyni sözləri eşidirik: ”...Mən dedim, sən getmə tək oğulsan” heç xəbər də tutmadıq necə qaçıb gedibsə...". Budur, əsl vətənpərvər vətəndaşıq! Gənclərimiz elə bil Ali Baş Komandanın əmrinə bənd idilər. Hamı bu yolun dönüşünün olmadığını bilərək vətən uğrunda döyüşə atılaraq torpaqlarımızı otuz illik “məhbus”luqdan azad edərək canlarını qurban verərək şəhidlik zirvəsinə ucaldılar. Vətənimizin hər bir ləyaqətli insanı istər birinci Qarabağ, istər Aprel döyüşlərinin, istərsə də 44 günlük müharibənin Şəhid oğul və qızlarımızla fəxr edir, onlar və onların ailələri ilə qürur duyurlar. Müharibə onu göstərdi ki, eyni zamanda ailənin yalnız tək oğlu deyil, iki və üç oğul itirən atalar da Şəhidlik zirvəsinə ucaldılar. Onlar hamımızın Vətən qarşısında başını uca etdilər. Belə ucalığa yalnız Şəhidlik zirvəsində olmağı bilərəkdən dərk edənlər nail oldular.

***

 Ali Baş Komandan və birinci vitse prezidenti Mehriban xanım Əliyeva Şəhid ailələrinə, Qazilərə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Belə ki, qazilərin müalicəsini qardaş Türkiyədə və digər ölkələrdə davam etdirilməsinə, Qazi və Şəhid ailələrinə yardım məqsədilə yaradılmış ”Yaşat” fondunun təsis olunmasını təmin etmişlər. Eyni zamanda Şəhid analarının təşəbbüsü və arzularına görə onların yaşadıqları yerlərdə küçələrə, məktəblərə və digər məkanlara Şəhidlərimizin adlarının verilməsi, xüsusi şəkil plakatları hazırlanıb küçə və yollarda nümayiş etdirilən xatirə bulaqlarının, abidə komplekslərinin açılışları da Şəhidlərimizə olan dərin ehtiramın təcəssümüdür. Analar artıq göz yaşı tökməkdənsə Şəhid balalarının xatirəsinin əbədiləşdirilməsinə nail olmağa cəhd göstərirlər. Bir çox rayonlarda bu işlər daha məqsədəmüvafiq şəkildə görülür.   

 Bu günlərdə olduğumuz Şirvan, Qəbələ, Quba, Bərdə və başqa rayonlarda Şəhidlərin hər bir tədbirində rayon rəhbərləri iştirak edirdi. Şəhid ailələrinə maddi və mənəvi dəstək olurdular. Lakin ziyarət etdiyimiz bəzi məclislərdə Şəhid analarının, Qazilərin haqlı narazılıqları ilə də rastlaşırdıq. Belə ki, Şəhid anası icra başçısına evinin yararsız vəziyyətdə olduğunu və kömək etməyi söylədikdə (hətta qəbula da çətinliklə düşürlər) ”Öz evimdən çıxıb sənə ev verim?” deyənlər də olmuşdu. yaxşı ki, belələri çox azdır... Niyə Şəhid anaları, Qazilər prezidentə şikayətə getməlidirlər?

 İNK-nın Abşeron rayonu üzrə sədri kimi Şəhid anaları və İNK sədri Rasim Məmmədov ilə olduğumuz bütün tədbirlər haqqında müntəzəm olaraq mətbuatda məlumat veririk. Elə bu günlərdə Şəhid anaları ilə Sumqayıtda Şəhidimiz Vüqar Ağayevin, Binədə iki Şahid qardaşların- Bəhram və İmanın, Yasamalda Elvin İslamovun, Masazırda Azər Mikayılovun anım tədbirlərində olaraq igid oğullarımızın valideynlərinə mənəvi dəstək olmuşuq. Hansı icra başçısının laqeyd münasibət bəslənməsinin də şəxsən şahidi olmuşam, anaların dediklərinə əsasən, lakin bu yazımda, onların adlarını sadalamaq istəməzdim. Şəhid atasına gül mağazası açıb başını qatmaq üçün bir sot torpağı ona verməyə, həqiqətən şikəst olan Qazilərinin 80 manat pensiyasını onlara qıymayanlara və ya aylarla onların pensiyalarını verməyib məhkəmə qapılarına salanlara, daxmalarda zülm çəkən Şəhid analarının dərdlərinə şərik olmayan məmurlara deməyə söz tapmırıq, axı niyə bu zəruri işlərin həlli vaxtında təmin olunmur?

“Hörmətli” məmurlar, unutmayın ki, qaytarılan torpaqların qayıtmayan oğullarının hər birin ailəsinin problemlərini vaxtında, təxirə salınmadan siz həll etməlisiniz! Şəhid anasının öz hesabına oğlunun şəkilli plakatlarını hazırlayıb küçədə yerləşdirilməsinə niyə icazə vermirsiz axı?! Bunu siz etməlisiniz, hər ərazinin əlaqədar təşkilatları! Çünki sizlərin uşağları əyləncələrdə, istirahətlə kef məclislərində olanda, Şəhidlər dağların başında ac-susuz düşmənlə əlbəyaxa olmuş, torpağın üzərində yataraq düşmənlə üz- üzə vuruşmuş, daim irəliyə getmiş, son anda Şəhid olmuşlar!! Torpaqlarımızı qaytaranların qayıtmayan oğullarının ailələrinə yaxın olun, Şəhid ailələrinin sizlərin mənəvi dəstəyinə böyük ehtiyyacları var!!

P.S. Eyni zamanda minlərlə Şəhidimizə təmənnasız mahnı bəstələyib, tədbirlərdə onların ailələrinə təqdim edən bəstəkar Ruslan Cəfərova hamının adından təşəkkür edirəm.

Nəzakət Əhmədova,

İNK-nın Abşeron rayon sədri ,”Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN