Bu gün Ağdam Muğam Mərkəzində rayonun Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbinin Zəfər Bayramımız və Bayraq Günümüzlə bağlı hesabat konserti baş tutub... 

...Hazırda konsert bayramı davam edir. Azərbaycanın əməkdar artisti, sevimli aktyorumuz Azad Şükürov "Təzadlar" üçün eksklüziv müsahibə verib. Həmin videomüsahibəni aşağıda təqdim edirik... 

***

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açılış çıxışı etdi. V.Həsənov Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan və 44 günlük Zəfər müharibəsi ilə 30 il ərzində işğal altında olmuş torpaqlarımızın azad olunması və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ilə nəticələnmiş Qələbəmizdən, Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumuruğundan, eləcə də Ordumuzun tarixi şücaətindən danışdı...

***

 Sonra rayonun mədəniyyət xadimləri, eləcə də Ağdamın yetirməsi, Azərbaycanın Əməkdar artisti, sevimli aktyorumuz Azad Şükürov və başqaları çıxış etdilər. Azad Şükürovun hər kəsi riqqətə gətirən, təsirləndirən çıxışı və ifası alqış sədaları ilə qarşılandı. 

 Ardınca tamaşaçılar üçün hesabat konserti təqdim edildi... Hazırda konsert proqramı "Qarabağ şikəstəsi" ilə davam etməkdədir. Ətraflı az sonra məlumat veriləcək.

Quzanlıdan: Kəmalə Teyyubqızı

(Fotolar və video-müsahibə müəllifindir).

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN