Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.

Bu barədə sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə məlumat verib.

Məlumata görə, R.Əliyev 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metrostansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN