Krım ərazisindəki Starıy Krım şəhərində XIII əsrə aid qədim müsəlman qəbiristanlığının qəbir daşları aşkarlanıb.

Bu barədə “Rossiyskaya qazeta” yerli Tarix və Arxeologiya Muzeyinin rəhbəri Rasim Kadırova istinadən məlumat yayıb. Onun sözlərinə görə, tapıntı şəhər stadionunun yenidən qurulması zamanı aşkara çıxarılıb. Ərazidə basdırılmış qalıqlar, həmçinin ərəb yazıları olan beş qəbir daşı da tapılıb.

Kadırov əraziyə mütəxəssislər dəvət etdiklərini və yazıya əsasən, bunların Krım ərazisində müəyyən edilmiş müsəlman qəbir daşlarının ən erkən - 1285-ci ilə aid olduğu məlum olmuşdur.

Qeyd edək ki, hazırda qəbir daşları muzeyin eksponatına çevrilib. Eyni zamanda, stadionun yenidən qurulduğu yerdə arxeoloji qazıntılar davam etdirilir.

Xatırladaq ki, keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlandırılmışdır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN