"Məzarı bir az geniş qaz, məzarçı,
Bu mənim balamdır
Boyuna baxma.
Geniş qaz ki, bu çiçək
Məzardan göyərib,
Üzü Təbrizə sarı çevriləcək..."
 Bu sətirləri o, 1980-ci ildə qız övladının dəfn günündə yazmışdı. Ürəyində parçalanmış Azərbaycanın dərdlərini daşıyan dəyərli ziyalımız elə bu yükün ağırlığına dözməyərək həyata erkən vida etdi. Cəmi 48 il yaşayan param-parça olmuş ürəyi 1995-ci ilin 12 dekabrında əbədi olaraq dayandı. O, milli-azadlıq hərəkatının öncüllərindən biri kimi Müsavat Partiyasının Divan üzvü olub. İsa Qəmbər onun haqqında belə demişdi: "Ağamalı heç zaman sınmadı, heç vaxt baş əymədi. Həmişə başını dik tutdu. 90-cı ildə 20 yanvar faciəsindən sonra isə partiyadan da, Yazıçılar İttifaqından da çıxan, amma geri dönməyən nadir yazarlardan biri idi.."
20 yanvar faciəsindən sonra Əbülfəz bəy “Kim ”Azadlıq"ın fəaliyyətini bərpa edə bilər" sualını verəndə ilk öncə Ağamalı bəy yada düşmüşdü. Çünki o, ən ekstremal situasiyalarda təmkinlə çıxış yolları tapan insan idi. 12 nömrəsini buraxır qəzeti... Sonra isə bütün işlər yoluna düşəndən sonra qəzeti rəhmətlik Nəcəf Nəcəfova təhvil verdilər...
"Bir qozbel kişiyə qalıb bir meşə,
Ağaclar qorxudan əyri göyərir..."
Sanki elə bil bu gün üçün yazılıb bu sətirlər... "ağaclar da qorxusundan əyri göyərir"... Bu sətirlər ancaq haqq-ədalət olmayan dövrdə və məkanda yerinə düşən sətirlərdir...
Ağamalı bəy qısa ömrünün ən mənalı illərini yorulmadan Azərbaycanın Milli istiqlal mücadiləsinə və müasir Azərbaycan, demokratik mətbuatın intibahına həsr etmişdir. Ağamalı Sadiq Əfəndi müasir Azərbaycan Respublikasının qurulması yönündə həyat yoldaşı Nabat xanımla birlikdə zamanın bütün məhrumiyyətlərinə baxmayaraq həyatlarının ən mənalı illərini bu yola həsr edərək fədakar və cəfalı bir ömür sürmüşlər.
 İki oğul evladı var. 1983-cü ildə anadan olmuş kiçik oğlu Orxanın atasını itirdiyi zaman cəmi 12 yaşı vardı. Böyük oğlu Nofəl daxili qoşun qüvvələri tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda 1992-ci ildə Ağdərə və Qarabağın digər qaynar nöqtələrində baş vermiş döyüşlərin iştirakçısı olmuş və sonra vəfat etmişdir.
Baba Allahnəzərov
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN