Azərbaycan istedadlar ölkəsidir...

Belə ki, bu gün dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı əslən Gürcüstandan olan Sona Əzizova təmsil edəcək. "Təzadlar" bildirir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq. Sona Əzizova “Junior Eurovision 2021” mahnı müsabiqəsində “One Of Those Days” mahnısı ilə çıxış edəcək. Müsabiqədə 19 ölkənin iştirakı gözlənilir. Müsabiqə Parisdə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Qeyd edək ki, valideynləri əslən Gürcüstandan olan və güclü səsə malik Sona Əzizova Azərbaycanın İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri tutub.

Balaca Sonayaya uğurlar arzu edirik!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN