İran təqvimində 22 sentyabr - İraqın hakim BƏƏS rejimi diktaturasına və bəzi Qərb ölkələrinin əlverişli vədlərinə güvənərək 1980-ci ildə İran İslam Respublikasına hücum etdiyi gündür. Bu, 8 il davam edən böyük bir hadisənin başlanğıcı idi və müasir dövrün ən uzun insan müharibələrindən biri sayılan həmin müddət ərzində hərbi, mənəvi və idarəçilik sahələrində  dünyanın siyasi sistemlərində daha az görülən hadisələr baş verdi.

Pin It

İşğaldan azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb.

Pin It

Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcək.

Pin It

...Üzeyir Hacıbəyovun mili mədəni-siyasi-ictimai-bədii fəaliyyəti haqqında nə qədər desəniz danışmaq olar. Hətta onu ötən əsrin əvvəllərində status qazanmış milli "özümüzünkü"lər belə qəbul etməkdən başqa yol görməmişlər. Sabiq səfir Vilayət Quliyevin bu barədə maraqlı açıqlaması diqqəti çəkir. "...1930-cu illərdə "özümüzünkülər" də Üzeyir bəyin fəaliyyətinə müsbət qiymət verərkən bunu elə şəkildə edirdilər ki, adam sevinmək əvəzinə narahat olur, səksəkəyə düşürdü. Bəlkə də kəmfürsətliyi ilə seçilən yeni rejimdən iyrənirdi. Məsələn, 1930-cu ilin aprelində Azərbaycanda sovet hakimiyyəti "qurulmasının" 10 illiyinin qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan Əsəd Tahir adlı müəllif "Kommunist" qəzetində "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!" adlı "məqaləsində" yazırdı: "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir".
Bəli, Üzeyir bəy elə bir milli məfkurə və milli vətənpərvər idi ki, onu istəməyən və gözügötürməyənlər belə birbaşa olmasa da, dolayısı ilə qəbul edir, sevirdilər.
A.Məmmədli
Pin It

"Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü Milli Musiqi Günü kimi qeyd edirik. Çox sevinirik ki, bu əlamətdar günü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN