Asiya İnkişaf Bankı (AİB) Özbəkistan hökumətinə banksız və bankı olmayan mikro müəssisələrin maliyyə imkanlarını genişləndirmək üçün 300 milyon dolları təsdiqləyib.

 TEZADLAR.AZ xəbər veriri ki, bu barədə bankın saytında məlumat verilib.

Vəsait inklüziv maliyyə sektorunun inkişafı proqramının bir hissəsi kimi ayrılıb.

 “Bu kredit sayəsində AİB sahibkarların, xüsusən də qadınların maliyyə məhsulları və xidmətlərinə bərabər çıxış imkanını təmin etmək üçün Özbəkistanla tərəfdaşlığını genişləndirir. Bu, onların həyatını yaxşılaşdırmağa və əlavə dolanışıq vasitələri əldə etməyə kömək edəcək”, - deyə AİB-in Özbəkistandakı Rezident Missiyasının direktoru Kanokpan Lao-Araya vurğulayıb.

 AİB qeyd edir ki, dövlət bankları Özbəkistanın maliyyə sektorunda üstünlük təşkil edir və inklüziv maliyyə təmin edən mikromaliyyə institutları bank sisteminin cəmi 0,5%-ni təşkil edir.

 2021 Global Findex məlumatlarına görə, Özbəkistanda yaşayan yetkin vətəndaşların  yalnız 44%-nin rəsmi maliyyə qurumlarında hesabı var ki, bu da Mərkəzi Asiyada regional ortalama göstəricidən 58%-dən xeyli aşağıdır.

 AİB-in press-relizində deyilir: “Kommersiya mikromaliyyəsinin yeni yaranan səviyyəsi kiçik və orta sahibkarlıq üçün inklüziv maliyyələşdirmə bazarında əhəmiyyətli kredit boşluğuna səbəb olub”.

 Bank əlavə edib ki, AİB-in dəstəyi ölkəyə kredit boşluğunu aradan qaldırmağa, inklüziv maliyyə sistemini genişləndirməyə və “Özbəkistan 2030” strategiyasına uyğun olaraq davamlı və inklüziv inkişafı təşviq etməyə kömək edəcək.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN