Avqustun 18-dən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi həyata keçiriləcək.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, qəbul Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, Xüsusi texnika və texnologiya, İqtisadiyyat və idarəetmə fakültələri üzrə aparılır.

Fakültələr üzrə nəqliyyat mühəndisliyi, energetika mühəndisliyi, mühəndis fizikası, ekologiya mühəndisliyi, qida mühəndisliyi, sənaye mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və s. ixtisaslar təqdim olunur.

İxtisas seçimi avqustun 28-dək davam edəcək.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında AzTU-da ödənişsiz fəaliyyət göstərən qərargaha müraciət edə bilərlər.

Qərargah həftənin 5 iş günü saat 10-dan 17-dək fəaliyyət göstərir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN