“Universitetə qəbul asan, orada oxumaq çətin olmalıdır.”

Bu fikirləri sabiq təhsil naziri Firudin Cəlilov  ali və orta ixtisas məktəbləri üçün keçirilən qəbul imtahanları və onların abituriyentlərdə yaratdığı  qorxu və stress barədə danışarkən bildirib.

F.Cəlilov qeyd edib ki, qəbul imtahansız aparılmalı, oxuya bilən oxumalı, oxuya bilməyən isə  təhsil ocağını tərk etməlidir:

“Mən həmişə demişəm, yenə də deyirəm ki, ümumiyyətlə qəbul imtahanını ləğv etmək lazımdır. Kim oxumaq istəyirsə, sənədlərini versin, oxusun. Birinci semestrdən məlum olacaq ki, bu insan oxuya bilir, ya yox. Oxuya biləcəksə, davam edəcək. Ən humanist seçim budur. Qəbul imtahanı olmadan universitetlərə yol açmaq lazımdır. Adətən universitetə qəbul asan, orada oxumaq çətin olmalıdır. Bir fakültəyə 100 adam qəbul olarsa, yalnız 60-ı bitirə bilir. Bu, normal göstəricidir”, -  deyə bildirib.

 Onun sözlərinə görə test üsulu ilə ali məktəblərə qəbul olunmağın vaxtı çoxdan keçib. Bu üsulu Azərbaycana ona görə gətirib ki, həmin illərdə universitetlərdə rüşvətxorluq baş alıb gedirmiş və kasıb uşaqlarının da təhsil alması üçün test üsulunun tətbiqinə razılıq verib. 

“Testi vaxtı ilə mən gətirdim. 2000 tələbəni testdən keçirib, Türkiyəyə göndərdim. 1992-ci ildən daha sonra isə imtahanlar da tətbiq olundu. Çox yaxşı şəkildə icra olundu. O vaxt test imtahanları lazım idi. Çünki universitetlərdə rüşvət baş alıb gedirdi. Qəbul imtahanları biabırçı şəkildə idi. Kasıbların uşaqları da qəbul olsunlar deyə test üsulunu təklif etdim. Lakin fikirləşirdim ki, bu daimi olmamalıdır”, - vurğulayıb.

Sabiq nazir imtahanların, ümumiyyətlə ləğv olunmasının tərəfdarı olduğunu bildirib.

“İmtahanlar ümumiyyətlə ləğv olunmalıdır. Yəni beyinlərində şəxsin özündən asılı olan proses olduğunu yeritmək lazımdır. O inamı yaratdıqdan sonra imtahanı ləğv etmək lazımdır”, - o, qeyd edib.

Qeyd edək ki, uzun zamandır test imtahanlarının ləğvi barədə fikir yürüdənlər var. Bir çoxları bu üsulun əzbərçiliyə səbəb olduğunu və savadsızlığa gətirib çıxardığını düşünür. 

Göründüyü kimi, sabiq nazir də bəlli səbəblərdən bu üsuldan narazıdır - test üsulunun ölkəyə gətirilmə müəllifliyinə sahib olmasına baxmayaraq...

P.S. Onu da qeyd edək ki, test imtahanının Azərbaycana gətirilməsinin müəllifliyinin Firudin Cəlilova məxsus olduğunun doğru məlumat olmadığını, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, mərhum Vurğun Əyyuba məxsus olduğunu deyənlər də var... 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN