"Mənə elə gəlir ki, bu artıq dəb halını alıb, həmçinin müəyyən qədər siyasi rəng də görürəm."

Bu fikirləri təhsil jurnalisti Məzahir Məmmədli Azərbaycanda valideynlərin övladlarını rusdilli siniflərdə oxutmaq istəyinin səbəblərindən danışarkən bildirib. 

Jurnalist qeyd edib ki, məsələ çox aktualdır:

“ Efirlərdə, dövri mətbuatda və sosial şəbəkələrdə bu istiqamətdə müxtəlif müzakirələr aparılır. Elm və Təhsil Nazirliyinin son brifinqində də açıq şəkildə bildirildi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nazirliyin öhdəliyi sadəcə Azərbaycan dilində təhsil verməkdir. Mənə elə gəlir ki, bu artıq dəb halını alıb, həmçinin müəyyən qədər siyasi rəng də görürəm. Burada valideynin məqsədi sadəcə övladının rus dilində təhsil alması deyil. Məsələnin aksiyaya çevrilməsi, ciddi şəkildə tələb edilməsi artıq siyasi hal alır”, - deyə o, bildirib.

Professor Şahlar Əsgərov da ibtidai təhsilin Azərbaycan dilində alınmasının vacibliyini qeyd edib.

 Onun sözlərinə görə, ibtidai təhsilin ana dilində olması məcburi xarakter daşımalıdır və qanunvericilikdə qeyd olunub ki, orta təhsil Azərbaycan dilində aparılmalıdır, amma biz bunu pozuruq:

 “Ana dilində ibtidai təhsilin aparılmasının bir çox elmi əsası var. Uşaq 1-11 yaş aralığında gördüyü və eşitdiyi hadisələri yaddaşının əsas hissəsinə həkk edir. Amma bu yaş aralığını keçdikdən sonra isə yaddaş əsas forma üzərindən adiyə doğru irəliləyir. Biz öz milli kod və dəyərlərimizi  övladlarımız və onların dəmir yaddaşına yazdırmalıyıq” ,- deyə professor izah edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN