“...Dövlət nümunəli təhsil sənədi olmayan, MİQ - dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan,

hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimin narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir”.

Bu fikirləri tanınməş təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib.

 O,  həmin müəllimlərin bu vəziyyətinə aydınlıq gətirilməsini istəyib:

 “Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək...? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər daxil olsun. Ümumiyyətlə, “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka-18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var? Belə olduğu halda, 4-5 saat dərs deyən müəllimin tutduğu məsul postda 4-5 saat baş girləyən məmurla nə fərqi olacaq?”, - deyə mütəxəssis Təhsil Nazirliyinə sual ünvanlayıb.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN