"Pəncərə şüşələri sındığı üçün taxta və zeştlə bağlanıb deyə siniflər yarımqaranlıqdır. Döşəmə bərbad vəziyyətdədir, istilik sistemi normal işləmədiyi üçün siniflər elektrik sobasıyla qızdırılır. Siniflərin qapısı sınıqdır, şagirdlərə qışda soyuq olmasın deyə pəncərələrə politelen vurulub".

Bu barədə ictimai fəal Elyar İslamoğlu özünün facebook səhifəsində paylaşıb.

E.İslamoğlu bildirib ki, sözügedən acınacaqlı vəziyyət Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbindədir: "Hazırda məktəbdə təxminən 1080 şagird təhsil alır".

O əlavə edib ki, məktəbin içərisində cəmi bir ədəd sanitar qovşaq (tualet) var: "Bura həm müəllimlər, həm də oğlan və qız şagirdlər üçün nəzərdə tutulub. Amma sanitar qovşaqda su yoxdur, yalnız aftafadan istifadə edilir. Xadimə qablarla su daşıyıb gətirir", – deyə E.İslamoğlu bildirib.

"21-ci əsrdə Şəmkirin mərkəzində belə bir bərbad vəziyyətdə məktəbin olması utancvericidir. Ümid edirəm ki, aidiyyəti qurumların bu məktəbin vəziyyətindən xəbəri yoxdur, yoxsa indiyədək təmir edilərdi. Təmir üçün vəsait yoxdursa, Şəmkirin sabiq icra başçısı Alimpaşa müəllimin marallarını satıb məktəbi ən müasir şəkildə təmir etmək olar", – deyə E.İslamoğlu fikirini belə tamamlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN