Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramovanın sosial şəbəkələrdə səs yazısının yayılması barədə məlumat vermişdik.

Belə ki, direktor səs yazısında bir nəfər müəllimdən başqa digər müəllimlərin şalvar geyinməsini qadağa etdiyini qeyd edir. O, hansısa müəllimin şalvar geyinəcəyi təqdirdə həmin müəllimi şagirdlərin önündə təhqir edəcəyini vurğulayır. Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyi tərəfindən direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı ona xəbərdarlıq edilib: "Bildiririk ki, səs yazısı Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aiddir.

Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirmişdir. Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildirmişlər.

Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun whatsapp qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olmuşdur.

Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir".

Beləliklə, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbindəki şalvar söhbətinə son qoyulub və məsələ direktora xəbərdarlıq edilməklə yekunlaşıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN