Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 nömrəli tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından bəhs edilib.

Rayon polis şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov və digər çıxış edənlər narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışılıb. Narkomaniyanın yayılmasının qarşısının alınması üçün birgə mübarizə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN