Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və sözügedən müəssisənin baş elmi işçisi, iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva qazaxıstanlı şərqşünasları institutun kollektivinə təqdim edib. İki qardaş ölkə arasında münasibətlərin möhkəm təmələ bağlı olduğunu bildirən akademik G.Baxşəliyeva elmi əlaqələrin də möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan və Qazaxıstanın Şərqşünaslıq İnstitutları arasında imzalanacaq memorandumun bu sahədə elmi əməkdaşlığın əsasını qoyacağını bildirib.

Görüşdə AMEA-nın Şərqşünaslıq İnstitutu və Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Sonra çıxış edən Qazaxıstanın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verib. O, Qazaxıstan Şərqşünaslıq İnstitutunda 5 elmi tədqiqat şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.

Qazaxıstanın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova imzalanan memorandumun əhəmiyyətindən danışaraq, Qazaxıstan və Azərbaycan şərqşünaslarının birgə layihələrdə çalışaraq hər iki ölkənin elminə əhəmiyyətli töhfə verəcəyini bildirib.

Daha sonra qazaxıstanlı şərqşünaslar azərbaycanlı həmkarlarının suallarını cavablandırıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN