Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Təhsil eksperti Kamran Əsədov Şabran şəhər 1 saylı körpələr evi və uşaq bağçasında körpələrə verilən qidaların şəklinin paylaşmışdı.

Ekspert bildirmişdi ki, bu qidalar uşaqların günorta və axşam yeməyidir. Fotolardan da göründüyü kimi, uşaqlara çörək dilimlərinin üzərinə bir parça peçenye qoyularaq verilir. Digər boşqabda isə uşağın qarşısına düyü ilə bərabər çörək qoyulub.

Daha sonra bağçadakı görüntü sosial şəbəkələrdə müzakirə olundu və sərt şəkildə tənqid edildi.

Təhsil Nazirliyinin mətbuat katibi  Cəsarət Valehov  da  Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən məsələnin araşdırıldığını bildirdi.

 Cəsarət Valehov  araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini bildirdi.

Və artıq nəticə məlumdur və ictimaiyyətə açıqlanıb da.

Beləliklə, Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb və idarədən bildirilib ki, uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunur.

Eyni zamanda, müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılıb, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb.

Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib.

Və məsələ bitib…

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN