...Koronavirusla mübarizə tədbirləri davam edir. Lakin hələ də ciddi narahatlıqlar qalır. Gündəlik yoluxma sayının hələ də azalmaması dediklərimizə sübutdur. Vətəndaşlar qaydalara yenə də zarafatla yanaşır, korona ilə mübarizədə özlərini əməlli-başlı oda atmış olurlar... 

Bu səbəbdən Azərbaycanın Baş naziri Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: - Çin Xalq Respublikası; - Estoniya Respublikası; -.Finlandiya Respublikası; - Fransa Respublikası; - Honq-Konq (ÇXR); - Xorvatiya Respublikası; - İslandiya Respublikası; - İtaliya Respublikası; - Latviya Respublikası; - Malayziya; - Səudiyyə Ərəbistanı Krallığı; - Yaponiya; -Litva Respublikası. Qeyd edək ki, Gürcüstan vətəndaşları Azərbaycanın Gürcüstandakı konsulluğuna müraciət edərək icazə aldığı halda Azərbaycana hava yolu ilə səfər edə bilər. Bunun üçün isə vətəndaş, Azərbaycanda daimi qeydiyyatı, nigahı və digər bir sıra amillər göstərməlidir.

 İnanaq ki, bu zəruri tədbir də koronavirusa qalib gəlməyimizdə karımıza gələcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN