Anası oğluma marketdən “herkules” (Yulaf) almışdı. Ondan hərdən qida kimi istifadə edirdi. Bu dəfə zəhərləndi. Əlimizdən gələn nə varsa etdik. Hər ehtimala qarşı sistemlə qanını da təmizlətdirdik. 

22 yaşlı oğlum idmançı olduğuna görə həyati təhlükəsi sovuşdu.  Bu hadisənin pərdə arxasında  nələri anlatdığını düşündüm. Sezgilərimi, iç səsimi dinləyəndə anladım ki, başlıca səbəb yulaf  (herkules) həvəskarlarına xəbərdarlıq etməkdir. Marketə gedib durumu anladaraq nəzarətçi xanımdan hər ehtimala qarşı herkuleslərin piştaxtadan götürülməsini tövsiyə etdim. Sonra həmin ərazidəki marketə məsuliyyətli müdirə zəng etdim. Məhsulun ekspertizaya verilməsini təklif etdim. Cavab verdi ki: “məhsulun tarixi təzədir, köhnəlik üzə çıxan hallarda  biz özümüz məsələni ictimailləşdirir, tədbir görürük.” Bildirdim ki,  heç də həmişə məhsulun buraxılış-istifadəyə  yararlı müddətin tarixi ilə keyfiyyəti, köhnəliyi uyğun gəlmir və sairələr...

Dünyada da proseslər belədir. Elə yalanlar var ki, insanların beynini şüurunu zəhərləyir. Qidalar orqanizmi zəhərləyən kimi. Düşünürəm ki, marketlərə buraxılan məhsullara nəzarət həmin məhsulların marketə verilməsində öncə aparılmalıdır. Amma... Nəzarət edənlərin özlərinə nəzarət varmı? Bilmirəm. Herkulesin köhnəliyinə görə mövzunu uzatmağı düşünmürəm. Düşünürəm ki, Azərbaycanda qida mövzusu köhnəlməz. 

N.Məmmədov,

Nəsimi rayonu, 4-cü m.r, Cavadxan küçəsi  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN