"Antitel analizi ilə saxta peyvənd edənləri aşkarlamaq absurd və cəfəngiyyatdır"

Ölkədə əhalinin xeyli hissəsinin 6 aydan çoxdur kovid peyvəndi prosesinə cəlb olunmasına baxmayaraq, sonradan bir çoxlarının həkimlərlə əlbirliyi sayəsində saxta vaksinasiya edənlərin olduğu ortaya çıxır.

Belə ki, peyvənd olunmasa da, əlində vaksin sertifikatı olanlar bir çox imtiyazlara malikdir və hər yerə rahat gedib-gələ bilərlər.

Saxta vaksinasiyasının qarşısını almaq və yalançı vaksin olunanların aşkarlanması üçün son zamanlar istər həkimlər, istər TƏBİB, istərsə də operativ qərargah tərəfindən müxtəlif təkliflər irəli sürülür. Ötən həftə saxtakarların qandan antitel analizi ilə təyin ediləcəyi barədə açıqlamalar da oldu.

Lakin immunologiyada belə bir qanun var ki, hər vaksin vurduranda antitel mütləq olaraq yaranmır. Hətta vaksin icad edənlər də bunu təlimatında qeyd edib. Vaksin yoluxmadan qorumur, antitellər çox az yarana və bir neçə aya itə də bilər. Belə olan halda, bu məsələni ortaya atmaqla nəyə nail olunacaq?

Tanınmış psixiatr həkim və koronavirus pandemiyası, vaksinasiyasının əleyhinə olması ilə tanınan Abdulla Şıxlınski bu məsələnin absurd olduğunu açıqlayıb. Bildirib ki, həkim olmayanlar və eləcə də jurnalistlər tibbi bilmədiyi üçün bəzi dırnaqarası həkimlərin yalan saxta açıqlamalarına inanır və onu tirajlayır: "İmmunologiyanın qanunlarına görə mütləq deyil ki, peyvənd olunmuş insanın bədənində antitellər əmələ gəlsin. Hətta əsl peyvənd vurulmuş adamın bədənində antitel heç əmələ gəlməyə bilər. Bu heç də həmin adamın vaksin olunub-olunmadığını göstərmir. Vaksin vurdurmağın yeganə sübutu sənəddir.  Əgər indiki kimi camaata paylanan vaksin sertifikatında ayın tarixi, həkimin adı, xəstənin adı və vurulan vaksinin növü yazılıb, möhür, imza varsa, bu artıq dəlil-sübutdur. Onu heç kim şübhə altına ala bilməz. Çünki immun sistemin fəaliyyətini obyektiv göstərən heç bir müaynə metodu yoxdur.

Bəzi həkimlər hansı ki, kovid layihəsindən külli-miqdarda pul qazanır, saxtakarlıq edirlər, onlar insanları yanıldır, çaşdırırlar. Bir həkim var, layihənin aktiv üzvüdür. Mən bu həkimlərə faşist deyirəm, xalqın genosidi ilə məşğuldur. Utanmadan çıxıb yazır ki, kim saxta peyvənd olunubsa, onun qanında anticisimlər olmayacaq, biz də onları belə tutacağıq. Bu, həkimlik adına yaraşmır, tibb adına ləkədir. Onlar bu açıqlama ilə əhalinin savadsız hissəsini aldada bilərlər, bizi yox. Bir daha deyirəm, bu məsələ yalandır. Qanı yoxlamaqla vaksin olunanları aşkarlamaq məsələsi cəfəngiyyatdır, insanları gülünc vəziyyətə salmasınlar".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN