Iki həftə öncəyədək koronavirusa yoluxma sayında antirekorda imza atan  və  bəzi ölkələrin “Qırmızı Zona” elan etdikləri

Gürcüstanda vəziyyət yaxşılığa doğru dəyişir. Bunu gündəlik yoluxma sayında da müşahidə etmək olar.  Statistik məlumatlara görə, son sutka ərzində ölkə üzrə 1 838 yeni yoluxma qeydə alınıb.  Xatırladaq ki, ötən gün ölkə üzrə 2 533 yoluxma halı qeydə alınmışdı .

Lakin çox təəssüf ki,  son 24 saat ərzində virusdan 39 nəfər həyatını itirib. Ümumilikdə  isə  Gürcüstanda  koronavirus səbəbindən 8 185 nəfər həyatını itirib..

Gürcüstanın  Xəstəliklərə Milli Nəzarət xidməti məlumatına görə, dünənədək  ölkə əhalisinin  577 162 nəfəri hər iki doza ilə peyvənd olunub.  

Bir doza ilə peyvənd olunanların sayı isə 889 903 nəfər təşkil edir. Milli Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, 11 sentyabr tarixinədək ölkə üzrə cəmi 1 467 065 şəxs peyvənd olunub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN