Qamaleya adına Mərkəz "omikron" ştammının "yüngülliyi" ilə bağlı bəyanatları təkzib etdi.

Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin rəhbərinin müavini Denis Loqunov  bildirib ki, koronavirusun yeni “omikron” ştammının əvvəlki virus modifikasiyalarından daha yüngül olması barədə danışmaq məsuliyyətsizlikdir və yaşlı insanların buna necə keçirəcəyinə dair də hələ heç bir məlumat yoxdur.

 O, bunu yeni koronavirus infeksiyası və digər infeksion xəstəliklərə qarşı mübarizə üzrə Beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı söyləyib.  

Loqunov çıxışında  yaşlı insanlarla yanaşı, hələ immuniteti olmayanların  yeni ştammı necə keçirəcəyi barədə  məlumatların  olmamasını da diqqətə çatdırıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına  “Omikron” adını verib. Artıq koronavirusun yeni ştammı sürətlə dünya ölkələrində yayılmaqdadır. Bir müddət öncə Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Angelique Coetzee “Omikron”un ilk simptomlarının hələlik yüngül olduğunu bildirib. 

Cənubi Afrika Epidemioloji Mərkəzinin rəhbəri, professor Tulio de Oliveiraisə bildirb ki, yeni variant, təxminən 50 mutasiyadan keçib.

50 mutasiyadan, təxminən 30-una virusun tikanvari protein də məruz qalıb və virusun üzərində yerləşən həmin proteinlər sayəsində virus insan hüceyrələrinə daxil ola bilir.

Qeyd edək ki, "omikron"la bağlı mütəxəssislər tərəfindən müxtəlif fikirlər səsləndirilsə də, reallıq ondan ibarətdir ki, hələlik bu ştammın digərlərindən fərqi barədə tam və dəqiq məlumat yoxdur.  Bunun üçün isə zamana ehtiyac var.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN