"BAYRAKTAR KIZILELMA" (MIUS) gələcəyin döyüş konsepsiyasına rəhbərlik edəcək"

Məşhur “Bayraktar” pilotsuz uçuş aparatını yaradan Türkiyənin “Baykar Makina” şirkəti döyüş PUA-nın yeni prototipini təqdim edib.

O “ Kızılelma” adlanacaq və Ukrayna mühərrikləri ilə təchiz ediləcək. (UNİAN)

Yeni PUA-nın fotoları martın 27-də “Baykar Makina”nın Twitter səhifəsində dərc edilib.

Qeyd edək ki, bu dron şirkətin reaktiv mühərrikli ilk dronu olacaq. Platforma yüksək hündürlükdə səsdən yüksək sürətlə uçacaq.

   “Baykar " Kızılelma"nın ("Qırmızıalma") ilk uçuş sınağını 2023-cü ildə həyata keçirməyi planlaşdırır.

"BAYRAKTAR KIZILELMA" haqqında "Texnologiyanın sürətli inkişafı ilə paralel olaraq hər keçən gün daha sürətlə dəyişən müdafiə doktrinalarında gələcək hava döyüşlərinin pilotsuz döyüş təyyarələri ilə aparılacağı proqnozlaşdırılır. Bu kontekstdə, Baykar tərəfindən milli və xüsusi olaraq inkişaf etdirilməyə davam edən döyüş pilotsuz təyyarə sistemi "BAYRAKTAR KIZILELMA" (MIUS) gələcəyin döyüş konsepsiyasına rəhbərlik edəcək.

Baykar tərəfindən hazırlanan və Bayraktar İHA/SİHA-ların təcrübəsinə əsaslanaraq dünyada oyunu dəyişdirən döyüş pilotsuz təyyarə sistemi gələcəyin texnologiyaları ilə təchiz edilərək xidmət göstərəcək.

Aqressiv manevrlərlə hava-hava döyüşü apara bilən BAYRAKTAR KIZILELMA (MIUS) aşağı radar kəsiyi ilə təhlükəsizlik qüvvələri üçün güc artırıcı olacaq. Qısa uçuş-enmə zolaqlı gəmilərdən qalxıb- enmə qabiliyyətinə malik olacaq BAYRAKTAR KIZILELMA (MIUS), gövdə içərisində daşıyacağı sursatla müəyyən edilmiş hədəflərə hücum edə biləcək" , - şirkətin saytında qeyd edilir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN