Avropa aviaşirkətləri tətillər, yanacağın bahalaşması və işçi çatışmazlığı ilə əlaqədar ilin sonunadək bilet qiymətlərini 21 faiz bahalaşdıra bilər.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Almaniyanın "Allianz" sığorta şirkətinin proqnozunda deyilir.

Şirkət bildirir ki, avropalı aviadaşıyıcıların mövcudluğunu davam etdirə bilməsi üçün iki həll yolu var: uçuşları təxirə salmaq, ya da biletlərin qiymətini artırmaq.

Qeyd olunur ki, Avropa aviaşirkətləri üçüncü il ard-arda 10 milyard dollara yaxın itkilərlə üzləşir. Təkcə 2022-ci il ərzində bu şirkətlər əməkdaşlarının 8 faizini ixtisar edib.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN