Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramlı Azərbaycanın bir çox bölgələrində turizmçilikdə mövcud olan problemlərlə bağlı fikirlərini bölüşüb.

 O,  qeyd edib ki, Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər – bu, o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər...

 “Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər”, - iqtisadçı bildirib.

 O, rayonların turist cəlb etməkdə paytaxtla ayaqlaşa bilməməsinin əsas səbəblərini əsasən, turizm potensialını təqdim edə bilməməsində, xidmət qiymətlərinin yüksək olmasında və keyfiyyətcə standartlara uyğun olmamasında görür.

 “Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”, - deyə V.Bayramov vurğulayıb.

 O, otel və mehmanxanalarda gecələmə sayının əvvəlki illə müqayisədə artdığına da diqqət çəkib:

 “Qeyd edək ki, bu ilin ilk yarısında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1 milyon 27 min olub. Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 miə çatıb ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir”, - deyib.

 Vüqar Bayramov ölkəmizdə hotel xidmətlərindən istifadə edənlərin daha çox körfəz ölkələrindən gələn turistlərin olduğunu açıqlayıb.

“Azərbaycan hotellərində qalanlar arasında körfəz ölkələri öndədir. Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirliklərnin vətəndaşlarının payına düşüb. Xaricilərin 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşları olublar. Bu müddətdə hotellərin gəlirlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında hotellərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub”, - deyə o, qeyd edib.

Millət vəkilinin qeyd etdiyi kimi, həqiqətən də bölgələrimizdə istirahət turistlərə çox baha başa gəlir.  Yerli əhalinin əksəriyyəti isə əl yandıran qiymətləri olan bu otel xidmətlərindən istifadə edə bilmirlər. Bundan başqa, insanların istirahət üçün yollandığı bölgələrdə xidmət göstərən kafe və restoranlarda və s. də  indiyədək normal qiymətləri olan menyulara, yemək çeşidlərinə rast gəlinmir.  Bu isə əhalinin əksəriyyətinin cibinə görə deyil. Ona görə də bəziləri həftəsonları bir günlük səfərlərə üstünlük verirlər.

Bir çoxları isə xidmət qiymətləri daha ucuz olan qonşu ölkələrə üz tuturlar...

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN