Litva Prezidenti Gitanas Nauseda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Litvanın ali mükafatını – Böyük Vitovt Ordenini təqdim edib.

Təqdimat Ukrayna Ali Radasında baş tutub.

Litva prezidenti ordeni təqdim edərkənı vurğulayıb ki, bu mükafat Zelenskiyə və bütün Ukrayna xalqına məxsusdur.

Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar paytaxt Kiyevə gəlib.

Xatırladaq ki, Böyük Vitovt ordeni 1930-cu ildə Litvanın Böyük knyazı Vitovtun şərəfinə Litva Respublikasının ən yüksək mükafatı kimi təsis edilmişdir.

Videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/shorts/o7B47Gtw_I4

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN