“Qeyri-leqal məskunlaşma, hətta BMT konvensiyaları ilə də qadağan edilir.”

 Xəbər verdiyimiz kimi,  Laçın şəhərində və Zabux kəndində qeyri-qanuni məskunlaşmış ermənilər avqustun 25-dək ərazini tərk etməlidirlər.

 Ermənistan statistik mənbələrinin məlumatına görə, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb.

Qeyd edək ki, bəzi xarici KİV-lərdə Azərbaycana məxsus ərazilərə xarici ölkələrdən gətirilərək məskunlaşdırılan ermənilərin geri dönüşünə elə ermənilərin prizmasından baxırlar.  

Məsələ ilə bağlı  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da fikirlərini bölüşüb.

O, vurğulayıb ki, bəzi xarici kütləvi informasiya vasitələrində 2013-cü ildən sonra Yaxın Şərqdən gətirilərək Laçın şəhərində qeyri-leqal məskunlaşdırılmış erməni ailələrinin evlərini tərk etməsi az qala faciə kimi təqdim edilir.

“Reallıqda isə Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır. Unutmayaq ki, qeyri-leqal məskunlaşma, hətta BMT konvensiyaları ilə də qadağan edilir.

Amma əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa, o zaman keçmiş SSRİ dövründəki əhalinin siyahıya alınması ilə bağlı rəqəmlərə diqqət yetirsinlər. Rusiya mənbələrində 1959-ci ildən sonrakı illərdə siyahıya alma ilə bağlı məlumatlar hələ də saxlanılır. Keçmiş SSRİ dövründə aparılan əhalinin siyahıya alınması və etnik tərkibləri bütün reallıqları göstərir”, -deyə o, bildirib.

 Vüqar Bayramov 1959-cu ildən əhalinin siyahıya alınma statistikasını da diqqətə çatdırıb.

  “1959-cu il siyahıya alınması: Laçın rayonunun cəmi əhalisi 24.734 nəfər olub və onların 24.466 nəfəri azərbaycanlılar (Azərbaycan türkləri - red) idi  - (98.9%). 1970-ci il siyahıya almaslnda cəmi əhali 35.642 nəfər, azərbaycanlıların  (Azərbaycan türkləri - red) sayı 33.186 (93.1%), kürdlər 2.125, ermənilər cəmi 72 nəfər göstərilir. 1970-ci il siyahıya alınmasında cəmi əhali 63.162 nəfər, azərbaycanlıların  (Azərbaycan türkləri - red) sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də azərbaycanlılar ilə kürdlər bir ailə kimi yaşayıblar. Ermənilərin isə ümumi əhalinin tərkibində çəkisi heç zaman hətta 1.0 faizə belə çata bilməyib”, - millət vəkili diqqətə çatdırıb.

 O, qeyd edib ki, ermənilər özləri də sonradan həmin ərazilərdə gətirilib yerləşdiridiklərini dəfələrlə etiraf ediblər, amma bəzi xarici KİV-lər məsələyə başq cür yanaşır.

 “Bütün bunlar qədim Azərbaycan torpağında 30 illik işğal müddətində ermənilərin qeyri-qanuni yerləşdirilməsini bir daha təsdiq etmirmi? Hətta orada yerləşdirilən ermənilər də məhz son illər Laçın şəhərində məskunlaşdırıldıqlarını etiraf edirlər. Bəs, bəzi xarici mətbu orqanlar bunu niyə gözardına vururlar?

Bütün bunlara baxmayaraq, cəmi 1 həftə sonra Laçın şəhəri yenidən azadlığına qovuşacaq. Bu dəfə əbədi”, - deyə V.Bayramov vurğulayıb.

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN