Gürcüstan iyul ayında turizmdən daha çox gəlir əldə edib.

Gürcüstan Milli Bankının məlumatına görə, ötən ay Gürcüstan beynəlxalq turizmdən 476,1 milyon dollar qazanıb ki, bu da yeni rekorddur.

Gürcüstana səfər edən turistlər əsasən bu ölkələrdən gəlib – Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə. 

 Gürcüstana ən çox qazancı da ilk üçlükdə yer alan rusiyalılar gətirib - 116,1 milyon dollar.

İkinci yerdə Səudiyyə Ərəbistanı - 44,2 milyon dollar, üçüncü yerdə isə Türkiyədir - 43,8 milyon dollar. Aİ ölkələri 43,6 milyon dollarla dördüncü, Belarus isə 33,5 milyon dollarla beşinci yerdədir.

 Lakin iyulda Gürcüstana 718,4 min beynəlxalq ziyarətçi səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 34,7% azdır.

Bunu isə Gürcüstanın Milli Turizm Administrasiyası bildirib.

Xatırladaq ki,  2017-ci ildə Gürcüstan 3,5 milyon turist qəbul edib və ölkə turizmdən 2,8 milyard gəlir əldə etmişdi.

***

 Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar-iyun aylarında (6 ay ərzində) hotellərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub…

Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 4 ayında xaricdən Azərbaycana cəmi  220 min turist gəlib.

Turistlərin 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalıb, 32,5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil edir. 

Narazı qaldıqları sahələr isə nəqliyyat (sərnişin daşıma: metro, taksi, avtobus), yerləşmə, restoranlardakı xidmət və bələdçi xidməti olub.

Və təəssüf ki, biz hələ də turizmçiliyin inkişafında - turistlərin cəlb edilməsində qonşu ölkələrə uduzuruq... Baxmayaraq ki, turistləri cəlb etmək üçün səfalı bölgələrimiz, gəzməli-görməli yerlərimiz, tarixi-memarlıq abidələrimiz, milli yeməklərimiz... var. Amma...

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN