16-17 dekabr tarixlərində paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkada ümumilikdə 40 regiondan 62 fermer iştirak edəcək. Fermerlər 90-dan çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə təmin etməkdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN