QR-nın Şərqi Qazaxıstan vilayətində dörd kənd spirtli içkidən imtina edib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə kazpravda.kz Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin xəbər portalına istinadən məlumat yayıb.

Məlumatda vurğulanır ki, spirtli içkidən imtinadadan sonra həmin kəndlərdə cinayət hadisəsi qeydə alınmayıb.

Bildirilir ki, polis, yerli icra hakimiyyəti orqanları, ictimai şuralar tərəfindən həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verib. Beləliklə, Kökbastau, Terektı, Januzak və Baytoqas kəndlərinin sakinləri spirtli içkilərdən imtina ediblər. Bu, nəticədə kriminal vəziyyətə təsir edib: orada bir dənə də olsun cinayət hadisəsi qeydə alınmayıb.

QR Daxili İşlər Nazirliyi də respublika ərazisində sərxoş vəziyyətdə baş verən cinayətlərin qarşısının necə alındığını açıqlayıb. Bu, kompleks xarakter daşıyır və alkoqollu içkilərə meylli insanlarla işləməyi, ictimai yerlərdə inzibati xətaların qarşısının alınmasını və alkoqol asılılığından müalicə formasında sosial tədbirlərin görülməsini əhatə edir.

Ümumilikdə 2023-cü ildə 5 mindən çox insan müvəqqəti adaptasiya və detoksifikasiya mərkəzinə yerləşdirilib, 370-ə yaxın insan  alkoqol asılılığı ilə İxtisaslaşdırılmış Müalicə-Profilaktika Müəssisələrinə (İMPM-ya) göndərilib. Həmin şəxslər reabilitasiya kursunu bitirdikdən sonra sahə müvəkkilləri mütəmadi olaraq qapı-qapı gəzərək, onları yoxlayır və xəbərdarlıq edir ki, həm cinayətkarların hiyləsinə uymasınlar, həm də  özləri qanun pozucusuna çevrilməsinlər.

"Polis tərəfindən qeyri-qanuni alkoqollu məhsulların müsadirəsi istiqamətində də işlər aparılır. Ötən il rayon ərazisində 16,5 ton surroqat spirti dövriyyədən çıxarılıb, alqı-satqı sahəsində yol verdiyi qanun pozuntularına görə 205 nəfər inzibati məsuliyyətə cəlb edilib", - polisin məlumatında bildirilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN