Sabiq Prezident 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsini həll etmək iqtidarında olduğunu bildirib...

   ABŞ-ın keçmiş prezidenti Donald Tramp söz verib ki, payızda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

  TEZADLAR.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki,  yanvarın 20-də Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən D.Tramp “Mən vəzifəyə başlamazdan əvvəl Rusiya və Ukrayna arasında olan bu dəhşətli müharibəni həll edəcəyəm” vədini verib.

Lakin  Rusiya və Ukrayna arasında sülhə nail olacağına söz verən Tramp sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olacağını da, münaqişəni dəqiq necə həll etmək niyyətində olduğunu da söyləməyib. Sadəcə, keçmiş ABŞ prezidenti onu bəyan edib ki, yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.

  Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçıların Ayova ştatında keçirilən praymeriz üçün ilkin səsvermənin nəticələrinə görə bütün namizədlər arasında liderdir.

 Seçicilərin 70%-dən çoxu ona səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır. İkinci yerdə Respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb. Ayova Respublikaçı qrup toplantıları bazar ertəsi keçirilir və partiyanın prezidentliyə namizədinin müəyyən edilməsində ilk addımdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN