EAP "Vətəndaş Cəmiyyəti Forumu"nun dərc etdiyi sənədə əsasən, Gürcüstan və Ermənistan Şərq Tərəfdaşlığı regionunda yoxsulluq baxımından ən həssas ölkələrdir.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, təşkilatın əhali arasında apardığı gəlirlərin bölüşdürülməsi indeksində Gürcüstan və Ermənistan ən qeyri-bərabər cəmiyyətlər olaraq qaldığını göstərir. 2021-ci ilə qədər Gürcüstanın balı 34,2, Ermənistanınki isə 27,9 təşkil edib (bal nə qədər yüksək olarsa, bərabərsizlik səviyyəsi də bir o qədər yüksək olur). Hesabatda həmçinin qeyd olunur ki, Gürcüstanın göstəricisi 2019-cu illə müqayisədə qismən yaxşılaşıb, Ermənistanın göstəricisi isə pisləşib. Azərbaycanın 2005-ci il məlumatlarına gəldikdə isə bu ölkə Şərq Tərəfdaşlığı regionunun 27,4 balla orta göstəricisi hesab olunub. Həmçinin sənədə əsasən, Şərq Tərəfdaşlığının 2023-cü il indeksində Moldova birinci, Ukrayna ikinci, Gürcüstan isə üçüncü yeri tutur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN