Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Gayrettepe-Kağıthane xəttinin açılışını edib.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Hava Limanı metro xəttinin bütün proseslərini yerli mühəndislik və layihələndirmə təcrübəsi ilə həyata keçirməkdən qürur duyduqlarını vurğulayan prezident deyib:

"Bundan sonra sahəsindən asılı olmayaraq həyata keçirdiyimiz hər bir layihədə yerli-milli texnologiyaların payının artırılmasına diqqət yetirəcəyik. Başda müdafiə sənayesi olmaqla texnologiya ilə bağlı bütün mövzularda tam müstəqil Türkiye hədəfinə çatana qədər qətiyyətlə çalışacağıq".

Gayrettepe-Kağıthane xəttinin açılması ilə Gayrettepe ilə İstanbul Hava Limanı arasında səyahət müddəti 30 dəqiqəyə enəcək.

Məlumata əsasən, Taksim ilə İstanbul Hava Limanı arasındakı məsafə 41 dəqiqə olacaq. İstanbul Hava Limanı metrosu Metrobüs və Yenikapı-Taksim-Hacıosman Metro Xətti ilə birləşəcək.

Bundan əlavə, tamamlanan hissə ilə xəttin uzunluğu 37,5 kilometrə qədər artacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN