Bu il Türkiyəyə 5 milyona yaxın rusiyalı turist gəlib ki, bu da keçən illə müqayisədə, təxminən iki dəfə çoxdur.

Bunu  Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov jurnalistlərə  açıqlamasında bildirib.

Səfir qeyd edib ki, sona çatan  turizm ilinin nəticələrinə görə, onu kifayət qədər uğurlu hesab etmək olar və bununla bağlı statistik məlumatlar var.

Onun sözlərinə görə, turist axınının əsas hissəsi Türkiyənin cənubundakı kurortların payına düşüb.

"Bunlar, bildiyiniz kimi, kurort mehmanxanalarının əsas sayının cəmləşdiyi yalnız iki əyalətdir. Yəni, bizdə iki əyalət üçün 4,2 milyon rus turist var. Cəmi bir il ərzində bütün ölkələrdən 9 milyon turist gəlir, yəni bütün əcnəbilərin 40%-ni ruslar təşkil edir. Bu, böyük rəqəmdir və həmişəki kimi, burada birinci yeri tuturuq”, - deyə Yerxov bildirib.

Diplomat, həmçinin əlavə edib ki, ən pik aylarda - iyul-sentyabrda  Rusiyanın 40 regionundan gündə 150-yə qədər uçuş həyata keçirilib ki, bu da hər gün 30 minə qədər rusiyalının istirahətə gəlməsi deməkdir.

Qeyd edək ki, Türkiyə Rusiyalı turistlərin istirahət üçün sevərək üz tutduğu ölkədir. Məsələn, 2019-cu ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 7 milyon nəfərdən yuxarı olub.  Lakin statistik məlumatlara görə, Türkiyəyə istirahətə gedən rusiyalı turistlərin sayının çox olmasına baxmayaraq, onların adambaşına pul xərcləmələri avropalı, amerikalı, yaponiyalı turistlərdən daha azdır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN