Bakıda və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Abşeron rayon sakini olan bir nəfərin 12 min manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9 min manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifov müəyyənləşdirilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN