Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir və mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir. 

Pin It

Xəbər verdiyimiz kimi, Azərbaycanda Zəfər Günü ilə bağlı amnistiya aktı hazırlanıb.

Pin It

 Bakının "Gənclik" meydanında Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının təşkilatçılığı, "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə «Kənddən şəhərə»  yarmarkası silsiləsindən olan bal sərgi-satışı göz oxşayır...

… «Bal tutan barmaq yalayar!». Bunu atalarımız o mənada deyib ki, təmiz balla təmasda oldunsa, mütləq əllərin-barmaqların şirənələcək, ballaşacaq. Təmiz balın xüsusiyyəti belədir deyə, bala barmaq batıran da mütləq barmaqlarına yapışan balın yerə düşməməsi üçün barmaqlarını yalamalı olur.

 Sözümüzün mətləbi var: Bakının mərkəzində hər il ölkənin bütün bölgələrindən olan arıçılar öz məhsullarını yarmarkalara satışa çıxarırlar. Kənd Təsərrüfatı Nazirliyi bunun üçün mümkün olan hər şeyi edir, şərait yaradır. Bir şərtlə ki, yarmarkaya üz ağardan təmiz və keyfiyyətli bal çıxarılsın…

 Min bir dərdin dərmanı olan balımızın coğrafiyası da müxtəlifdir…

 Bakının mərkəzi meydanlarından olan və metronun «Gənclik» stansiyasının qarşısında artıq bir müddətdir ki, bal yarmarkası keçirilir. Azərbycanın bütün bölgələrindən məhsullar var. Həm keyfiyyəti, həm də qiyməti sərfəlidir... Bu gün «Təzadlar»ın Araşdırma Qrupu yarmarkaya baş çəkməli oldu. İstədik həm milli məhsulumuzun necəliyini ictimaiyyətə çatdıraq, həm də təşkilatçıların fəaliyyəti, arıçıların təklif və rəyləri ilə tanış olaq. Bütün bunları görmək üçün bu gün yarmarkada olub arçılıarı da dinlədik, təşkilatçıların fikirlərini öyrəndik, alıcıların isə məmnunluğunun şahidi olduq.

 "Aqrar Tədarük və Təchizat" ASC-nin rəsmi nümayəndəsi Qalib Bəhrəmovla elə arıçıların əhatəsində görüşdük, dinlədik. Q.Bəhramovun sözlərindən bəlli oldu ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr-7 noyabr tarixləri üçün arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası təşkil olunub: rmarkanı ünvanına qədər deyim ki, paytaxt sakinləri dəqiq bilsin, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi- 5 ünvanındayıq (“Gənclik” metrostansiyasının üst meydanı). Burada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir və laboratoriya yaradılıb, bütün bal nümunələri ciddi şəkildə yoxlanılır, arıçılara keyfiyyət sertifikatı verilir. Onu da deyim ki, yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edir. Gördüyünüz kimi, yarmarkanın nəzarətçiləri də bütün prosesə ciddi nəzarət edirlər.

-Arıçıların yarmarkada iştirakı necə təşkil edilib?

-Bunun üçün portalda qeydiyyat guşəsi vardır. Hər bir arıçı çıxaracağı balın haradan və nə qədər gətiriləcəyi barədə mobil telefonu ilə qeydiyyatını bildirir. Məsələn, bu dəfə yarmarkada iştirak etmək istəyən arıçılar 25 sentyabr 2021-ci il tarixdə, saat 00:00-dan 29 sentyabr saat 23:59-dək qeydiyyatdan keçiblər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 30 sentyabr tarixində SMS-bildirişlər göndərildi, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat verildi. Onu da xatırladım ki, yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaq şərtilə, ümumən ilk qeydiyyatdan keçmiş 250 arıçının iştirak etməsi təmin edilmişdir. Düzdür, daha çox müraciətlər də olmuşdu. Lakin pandemiyanın şərtlərini nəzərə alaraq bu dəfə böyük təmas sıxlığı olmasın deyə bu rəqəmlə kifayətlənməli olduq… Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsinə uyğun olaraq minimum 25 arı ailəsi nəzərdə tutulmuşdur…

-Bir arıçı nə qədər bal çıxara bilər? Məhdudiyyət var, yoxsa…

-Qeyd etdiyim kimi, çox da sıxlıq olmaması və daha çox arıçının iştirakının təmin edilməsi üçün qərara alınmışdır ki, bir arıçı-sahibkar maksimum 400 kq bal və 30 arı şanı satışa çıxara bilər, bu da demək olar o cürə təmin edilmişdir… Onu da xatırladım ki, yarmarkada iştirak ödənişlidir…

-İcarə haqqı nə qədərdir?

-150 manatdır. Üstəlik, bu il də ənənəvi olaraq arıçılardan əvvəlcədən bal nümunələri qəbul edilib, 4-12 oktyabr tarixlərində. “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu,-57 ünvanda, yəni hamının tanıdığı «Meyvəli bazarın»  olduğu anbarda…

-Bəs balın keyfiyyətinə nəzarət necədir? Məsələn, insanlar arasında həmişə balın keyfiyyətinə, yəni təmiz olmasına şübhələr olub…

- Bildirim ki, hər bir arıçıya ilk növbədə xahişimiz bu olub ki, təmiz iş tutaq, keyfiyyətə üstünlük verək, ən yaxşı reklam da elə budur, alıcı məmnunluğu yaranandan, sizə inam olandan sonra məhsulunuz alınacaq… Ona görə də bal anbara daxil olduqdan sonra keyfiyyətinin yoxlanılmasından ötrü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların birbaşa iştirakı ilə nümunələr götürüb, nəticələr 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildirilib, nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan arıçıların məhsullarının satışına icazə verilib. Ona görə də bu sahədə problem yoxdur…

***

Bəli, keyfiyyət göstəriciləri olan baldan əvvəlcə dadıb sonra almalı olduq. Onu da deyim ki, xalqımızın daha bir gözəl keyfiyyətinin burada da şahidi olduq: jurnalist olduğumuzu bilən arıçılar bizə pay vermək istəsələr də, qəbul etmədən bizim də alıcı olduğumuzu bildirib ödənişimizi etdik. Vacib olan bu idi ki, bal təmiz və dadlı, keyfiyyətli idi!

 

Arıçılar təkliflərini də rəsmi şəxslərin diqqətinə çatdırdılar və…

 …Çoxsaylı arıçılarla əhatəli söhbət-disskusiyamız oldu. Hamı Kənd təsərrüfatı Nazirliyinin rəhbərliynə, nazirliyin yarmarkada olan nəzarətçi-rəsmilərinə minnətdarlıq etdilər… Diqqəti çəkən həm də bu idi ki, nə satıcıların və nə də alıcıların hansısa ciddi giley-güzarına rast gəlmədik. Əksinə, arıçılar söhbət zamanı maraqlı təkliflərlə çıxış etdilər, bu barədə saytımızın video bölümündəki videoçıxışlarda təqdim edilib. Problem yalnız bu idi ki, yarmarkaya bal çıxarmaq istəyən arıçıların sayı daha çoxdur deyə, qərara alınıb ki, gələcəkdə bu da nəzərə alınacaq və Bakının bir neçə yerlərində belə yarmarkalar təşkil olunacaq.

Sonda: dünən redaksiyamıza Astaradan olan arıçılardan bir neçəsi gəlmişdi və yer darlığından gileyli idilər… Biz yarmarkada olanda məlum oldu ki, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov və İNK-nin internet TV-sinin əməkdaşları da həmin problemlə bağlı yarmarkaya gəliblər, şikayəti yerində araşdırmağı qərara alıblar. Belləliklə, R.Məmmədovun rəsmilərlə görüşündən sonra Astaralı arıçıların qeyd olunan şikayət-gileyi yerindəcə həllini tapdı…

***

…Bu il həm də Qarabağın işğaldan azad edilmiş bölgələrindən də bal məhsulu var, bu da yarmarkaya gələnləri xüsusi olaraq cəlb edir, sevindirir… Beləcə, Ordumuzun köməkliyi ilə 30 il erməni işğalı altında olan Qarabağ bölgəsi artıq azaddır və tarixi yaylaqlarımız, meşələrimiz və çəmənlərimiz bu ildən həm də arılarımıza və arıçılarımıza meydandır. Deməli, növbəti il daha bol, daha keyfiyyətli və təmiz dağ balı da süfrələrimizi bəzəyəcək. Bu, 30 ildir həsrətində olduğumuz baldır-Qarabağın ab-havası və gül-çiçəyi ilə yoğrulmuş bal! Bu, həm də azad sahibkarlığın və Qarabağ regionunun iqtisadi inkişafının gələcəyinə hesablanmış bir nümunədir...

A.Məmmədli

(Fotolar müəllifindir)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.12)

*** 

Pin It

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.

Mülki iddiada qeyd edilib ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin.

Daha sonra KİVDF-də V.Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər olduğu bildirilib.

T.Yaqubovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

Həmçinin T.Yaqubova jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.

Şahid istintaq ifadəsi ilə razılaşmadığını söyləyib.

Məhkəmədə təqsirləndirilən B.İsmayılov da dindirilib. Onun sözlərinə görə, uzun müddət tikinti sahəsində, 10 ilə yaxın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tikinti İdarəsində mülki işçi kimi çalışıb: "2014-cü ildə KİVDF-də çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm. Daha sonra fondun Tikintiyə Nəzarət şöbəsində işlədim. Mən işə gələn zaman artıq jurnalistlərin qaldığı ikinci binanın yarısı tikilmişdi".

B.İsmayılov bildirib ki, binanin tikintisini aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor idi. Üçüncü binanın tikintisi zamanı Nadir Məmmədov şirkətin direktoru vəzifəsindən çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gətirildi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı oradan xeyli sayda nöqsanlar aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də üçüncü binanın tikilişi zamanı həftədə bir dəfə əraziyə gəlirdi, işlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Məsələn binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, ora laminant vuruldu. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunan materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı idi.

Bundan başqa, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".

Proses noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

Rayon sakini Aygün İmanquliyeva başçı Novruz Npovruzovun  və onun işçilərinin qanunsuz əməllərindən Prezidentə və Birinci vitse-prezidentə şikayət ünvanlayıb...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN