Cənub Ərazi Baş Gömrük İdarəsinin mobil şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin Tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, hadisə Astara rayonunun Rudakənar kəndində baş verib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma başlayıb.

P.S. Bu qənaətə gəlmək olar ki, faciəvi hadisə son həftələr Dövlət Gömrük Komitəsi sistemində aparılan həbslər fonunda baş verib.

Belə ki, iyunda - iyulun əvvəllərində "Azərterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Baş Gömrük İdarəsinin enerji resursları və dəniz nəqliyyatı üzrə rəis müavini Rəşad Babayev və yol vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov həbs edilib.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN