Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

 

Bakıda jurnalistlərə verilən binada yanğın olub.

Hadisə axşam saatlarında baş verib.

Jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yanğın dərhal lokallaşdırılıb və qısa müddətdə söndürülüb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN