Dünən Tezadlar.az saytında dərc olunan "Qaradağ rayonunda müəmmalı mal oğurluğu" başlıqlı yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.

DİN-dən redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: "Vətəndaş Nizami Fərəcullayevin ona məxsus iribuynuzlu heyvanların sifarişlə oğurlanması ilə bağlı etdiyi müraciətin polis tərəfindən araşdırılmaması iddiaları əsassızdır.

N.Fərəcullayev ona məxsus 5 baş iribuynuzlu heyvanın Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində oğurlanması ilə bağlı müraciətinə əsasən Qaradağ RPİ-də CM-nin 177.1-ci maddəsinə əsasən, cinayət işi açılıb. Cinayət əməlində şübhəli bilinən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində ilkin əməliyyat-axtarış tədbirləri davam etdirilib. Axtarışın effektivliyini təmin etmək məqsədilə müvafiq polis orqanlarına əməliyyat-axtarış işi ilə bağlı lazımi tapşırıqlar verilib.

Hazırda N.Fərəcullayevə məxsus 5 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri tətbiq olunan plan üzrə davam etdirilir.

Hörmətlə: DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA