Rusiya prezidenti Vladimir Putin Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə güclü əlaqələri yüksək qiymətləndirdiklərini bildirib.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, paytaxt Moskvada avqustun 21-dək davam edəcək “Armiya” VIII Beynəlxalq Hərbi-Texniki Forumun açılışında çıxış edən V.Putin deyib: "Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları və həmfikirləri olması bizi sevindirir. Onlar hegemonluq qarşısında baş əyməyən dövlətlərdir. Bu ölkələr - Latın Amerikası, Asiya və Afrika dövlətləri müstəqil yol gedə bildilər. Onlar beynəlxalq hüququ, qarşılıqlı məsuliyyəti və bir-birinin maraqlarını nəzərə alaraq qlobal və regional təhlükəsizlik məsələlərini kollektiv şəkildə həll etmək istəyirlər. Beləliklə, çoxqütblü dünyanın qorunub saxlanmasına töhfə verirlər.

  Rusiyanın Latın Amerikası, Asiya və Afrika ölkələri ilə güclü əlaqələrə malikdir. Biz bu dövlətlərlə möhkəm, mehriban və həqiqi etibara əsaslanan münasibətlərin səmimiliyinə inanırıq. Biz müttəfiqlərimizə və tərəfdaşlarımıza atıcı silahlardan tutmuş zirehli texnika və artilleriyaya, hərbi aviasiyadan pilotsuz təyyarələrə qədər ən müasir silahları təklif etməyə hazırıq".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN