Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib.

TEZADLAR.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır. Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN