İrəvanda ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

17 nəfər itkin düşmüş hesab edilir. Ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib. 62 nəfərin də yaralandığı açıqlanıb. Baş vermiş partlayışla əlaqədar matəm elan ediləcək. Sürməli ticarət mərkəzində baş verən partlayışdan sonra Rusiyaya qarşı anti-təbliğat daha da genişlənib. Paşinyana yaxın mətbuat orqalarında hadisəyə görə Rusiya günahlandırılır.  

Politoloq Zaur Məmmədov deyib ki, Ermənistanda bəzi qüvvələr bu hadisədən istifadə edərək Paşinyanla Rusiya hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə cəhd göstərirlər. Onun sözlərinə görə, bütün bunların arxasında Paşinyanın qərbyönümlü komandası ilə yanaşı Robert Köçəryan və Serj Sarkisyanın da əli ola bilər. 

Ekspert bildirib ki, artıq Ermənistan cəmiyyətində də antirusiya mövqeyi sərgilənir. Bu ölkədə gənclər arasında keçirilən sorğuların nəticələri də bunu deməyə əsas verir. 

Zaur Məmmədov əlavə edib ki, hazırda ermənistanda rəhbər şəxslər SÜRMƏLİ partlayışından rusiyaya qarşı təbliğat vasitəsi kimi itifadə etməyə çalışırlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN