Terror təşkilatı PKK-ya qarşı "Eren" əməliyyatları çərçivəsində ilin əvvəlindən 82 terrorçu zərərsizləşdirilib.

Bu barədə TRT Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, "Eren" əməliyyatları PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə başlayıb.

Bu il əməliyyatlarda 82 terrorçu zərərsizləşdirilib. Həmçinin 720 mağara, sığınacaq və anbar məhv edilib.

144 mina və kustar üsulla hazırlanməş partlayıcı, 275 uzunlüləli silah, 548 əl qumbarası, 62 min 141 sursat ələ keçirilib.

Ağrı vilayətinin Doğubayazıt rayonundakı Tendürək dağı terrorçulardan tamamilə təmizlənib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN