Sabiq deputat, Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məhkəməyə verilib.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinə daxil olub. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd: Əgər Gültəkin Hacıbəylinin ittiham olunduğu cinayət əməli sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN