Ciddi itkilər verən Rusiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə səmada görünmür.

Tezadlar.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat brifinqdə rusların taktikasının son vaxtlar dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Ciddi itkilər verən düşmən uzaqdan, hava hücumundan müdafiə vasitələrimizin ona çata bilmədiyi mövqelərdən zərbələr endirir. Bu taktika təxminən 3,5-4 aydır davam edir - çünki Silahlı Qüvvələrimizin nəzarətində olan ərazidə pilotlu təyyarələr görmürük", - İqnat bildirib.

Onun sözlərinə görə, rus təyyarələri ancaq şiddətli döyüşlərin getdiyi ərazilərdə - cəbhəboyu zonada peyda olur: xüsusilə Nikolaev, Zaporojye, Xerson və Xarkov vilayətlərində.

"Orada tez-tez, demək olar ki, hər gün vurulan vertolyotlar şəklində düşmən təyyarələri, eləcə də Su-25 təyyarələri var", - deyə İqnat vurğulayıb.

O, izah edib ki, düşmən təyyarələri hücuma keçən zaman Ukrayna hərbçiləri radarda hərəkət edən müvafiq hədəfi görür və onu məhv etmək qərarına gəlir. Uçuş sürətindən və bu kimi şeylərdən asılı olaraq, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri hansı obyektin yaxınlaşdığını müəyyənləşdirir.

UNİAN-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri sentyabrın 6-da cəbhənin müxtəlif istiqamətlərində düşmənə məxsus bir Su-25 təyyarəsini, bir Ka-52 helikopterini, bir pilotsuz uçuş aparatını və beş ədəd Kh-101 qanadlı raketini məhv edib.

Bu gün daha bir Ka-52 helikopteri və iki PUA vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN